İngiltərə kuboku: "Tottenhem" və "Everton" növbəti mərhələdə

İngiltərə kuboku: "Tottenhem" və "Everton" növbəti mərhələdə
DÜNYA FUTBOLU 28 Mart 2012 / 02:28 2240
-  A +

İngiltərə Federasiya kubokunda (FA) altıncı mərhələnin oyunlarına yekun vurulub. Qol.Az-ın məlumatına görə, son oyun günündə 2 qarşılaşma baş tutub.

"Sanderlend" və "Everton" klubları arasında baş tutan ilk görüşdə 1:1 hesablı bərabərlik qeydə alındığından təkrar oyuna ehtiyac duyulub. Lakin "Sanderlend" doğma azarkeşləri önündə "Everton"a məğlub olub - 0:2.

"Tottenhem" - "Bolton" matçı isə məlum olduğu kimi, qonaqların futbolçusu Fabrisa Muambanın qəfildən ürəyinin dayanması səbəbindən təxirə salınmışdı. Hesab 1:1 olarkən Muambanın xəstəxanaya aparılmasından sonra görüşün baş hakimi oyunu yarımçıq saxlamışdı.

Təkrar görüş isə "Tottenhem"in qələbəsi ilə başa çatıb. Fasiləyə qolsuz yollanan komandaların duelində hesab ikinci hissədə açılıb. Rəqibini 3 qolla məğlub edən London təmsilçisi növbəti mərhələyə adlayıb.

 


27 mart

İngiltərə Federasiya kubokunda növbəti oyunlar

"Tottenhem" - "Bolton" - 3:1
Qollar:
Nelsen, 74 (1:0), Beyl, 77 (2:0), Deyvis, 90 (2:1), Saha, 90+2 (3:1)

"Sanderlend" - "Everton" - 0:2
Qollar:
Yelaviç, 24 (0:1), Vauqhan, 57-avtoqol (0:2)


Son xəbərlər