Samir Əliyev keçmiş komandasına qarşı oynaya bilər

XƏBƏR 17 Aprel 2009 / 15:22 2146
-  A +

Həftəsonu premyer-liqanın XXII turu çərçivəsində "İnter"in qonağı olacaq "Neftçi" gündə 2 dəfə məşq edir. Qol.Az-a klubun mətbuat xidmətindən verilən məlumata görə, “ağ-qaralar” məşqlərini süni örtüklü meydançada keçir. Buna səbəb “İnter”ə qarşı keçiriləcək oyunun “Şəfa” da olmasıdır. Bu arenanın da ot örtüyü təbii deyil. “Neftçi”nin heyətində Marian Aliuta istisna olmaqla, zədəli futbolçu yoxdur. Artıq Samir Əliyevin də vəziyyəti qənaətbəxşdir və o “İnter”ə qarşı oynaya bilər. Bu komanda Əliyev üçün elə də yad deyil. Çünki Samir bir vaxtlar məhz “bankirlər”in şərəfini qoruyurdu. Eyni zamanda Nazar Bayramov da “İnter”lə matçda meydana çıxa bilər. Türkmənistan millisinin düşərgəsində olan futbolçu artıq geri qayıdıb.

Son xəbərlər