Vladimir Kliçkonun növbəti rəqibi açıqlandı

Vladimir Kliçkonun növbəti rəqibi açıqlandı
XƏBƏR 28 Mart 2012 / 01:19 1550
-  A +

Superağır çəkidə WBA, IBF və WBO versiyaları üzrə dünya çempionu Vladimir Kliçkonun növbəti rəqibi açıqlanıb.

Qol.Az-ın məlumatına görə, bu barədə “ESPN”ə Kliçkonun meneceri Şelli Finkel açıqlama verib.

O bildirib ki, müştərisi iyulun 7-də ABŞ boksçusu Toni Tompsonla vuruşacaq. Tompson İBF (Beynəlxalq Boks Federasiyası) kəmərinə iddia edir. Qarşılaşma iyulun 7-də İsveçrənin paytaxtı Berndəki futbol stadionunda baş tutacaq.

Qeyd edək ki, Vladimir Kliçko son döyüşünü martda keçirib. O, fransalı Jan-Mark Mormeki nokauta salıb.


Son xəbərlər