"Xəzər Lənkəran" üçün "İnter" həftəsi

"Xəzər Lənkəran" üçün "İnter" həftəsi
XƏBƏR 28 Mart 2012 / 00:13 1759
-  A +

Bu həftə “Xəzər Lənkəran” üçün “İnter” həftəsi kimi əlamətdar olacaq.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, "Xəzər Lənkəran" martın 28-də Azərbaycan kubokunun cavab oyununda, aprelin 1-də isə Unibank Premyer Liqasının XXVI turunda bu rəqiblə üz-üzə gələcək.

Hər 2 matç Lənkəranda baş tutacaq. Komandaların kubokun ilk duelini martın 14-də keçirdiyini nəzərə alsaq rəqiblər 19 gün ərzində 3 dəfə münasibətlərini ayırd edəcək. Bu 3 pərdəli əsərin 2-ci bölümü ərəfəsində “Xəzər Lənkəran” və “İnter” 27 dəfə qarşılaşıblar.
 
Bakılılarla 20 dəfə çempionat, 7 dəfə kubokda üz-üzə gələn Lənkəran təmsilçisi indiyədək 6 qələbə qazanıb və 8 dəfə məğlub olub. Lənkərandakı hər 2 görüşdə əldə olunacaq qələbələr burada tarazlıq yaratmağa kifayət edəcək. Heç-heçə başa çatan 13 görüşün birinin penaltilər seriyasında da qalib gələn məhz “Xəzər Lənkəran” olub. Bu görüşlərdəki top fərqində isə “İnter” öndədir - 29:28. Təbii ki, penaltilər seriyası nəzərə alınmamaqla.
 

“Xəzər Lənkəran”ın “İnter”ə qarşı oyunları
2004/05    21.11.2004      çempionat                   səfərdə     0:1
2004/05    16.04.2005      Kubok, ½ final, ilk         səfərdə     1:2
2004/05    21.04.2005     çempionat                   evdə         0:0
2004/05    29.04.2005      Kubok, ½ final, cavab    evdə         1:1
2005/06    11.09.2005      çempionat                 səfərdə      0:2
2005/06    12.03.2006     çempionat                     evdə         1:1
2006/07    28.10.2006     çempionat                     evdə         0:0
2006/07    12.04.2007    kubok, ½ final, ilk        səfərdə      1:0
2006/07    18.04.2007      çempionat                 səfərdə       0:0
2006/07    22.04.2007  Kubok, ½ final, cavab  səfərdə       1:0
2007/08    06.10.2007     çempionat                  səfərdə       2:2
2007/08    13.04.2008     çempionat                   evdə           3:1
2007/08    24.05.2008   Kubok, Final                neytral         2:0, əlavə vaxtda
2008/09    09.11.2008     çempionat                   evdə           2:4
2008/09    24.04.2009     çempionat                 səfərdə       2:2
2009/10    21.08.2009     çempionat                   evdə          1:0
2009/10    06.12.2009     çempionat                 səfərdə       1:1
2009/10    21.03.2010     çempionat                 səfərdə       0:1
2009/10    23.04.2010     çempionat                    evdə         2:2
2010/11    21.08.2010     çempionat                    evdə         0:0
2010/11    27.02.2011     çempionat                  səfərdə      3:1
2010/11   16.04.2011      çempionat                    evdə         1:1
2010/11   30.04.2011      çempionat                 səfərdə      1:1
2010/11   24.05.2011      Kubok, Final                  neytral      1:1, pen. 4:2
2011/12    30.09.2011     çempionat                 səfərdə       0:1
2011/12   04.12.2011      çempionat                    evdə         0:1
2011/12   14.03.2012      Kubok, 1/4 final, ilk     səfərdə      2:3


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı