Millimizin baş məşqçisi: "Cavab matçında qələbə üçün oynayacağıq"

Millimizin baş məşqçisi: "Cavab matçında qələbə üçün oynayacağıq"
XƏBƏR 28 Mart 2012 / 00:06 1503
-  A +

"Biz yaxşı oynadıq. Uşaqlar qələbə qazanmaq arzusunda idilər. Gəlin unutmayaq ki, Avropa çempionatının gümüş medalçısına qarşı oynadıq".

Qol.Az-ın məlumatına görə, bu sözləri futzal millimizin baş məşqçisi Joze Alesio da Silva Rusiya ilə keçirilən ilk "play-off" matçından sonra deyib. 

Braziliyalı mütəxəssis cavab matçında qələbə üçün oynayacaqlarını bildirib: "Təəssüf ki, 3 qol buraxdıq. Cavab oyununda əsas qapıçımız Andrey Tveryankin də bizimlə olacaq və qələbə üçün oynayacağıq”.

Mənbə: AFFA-nın rəsmi saytı


Son xəbərlər