"Neftçi" milli komandadan üstün oldu

XƏBƏR 27 Mart 2012 / 18:26 1607
-  A +

Bakı şəhərində təşkil olunmuş təlim-məşq toplanışı çərçivəsində AFFA Futbol Mərkəzindəki "Dalğa Arena"da 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması "Neftçi" klubunun əvəzedici komandası ilə yoldaşlıq oyunu keçirib.

Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, qarşılaşma 3:2 hesabı ilə "Neftçi"nin xeyrinə başa çatıb.

Qeyd edək ki, yığmamızın qollarını Mənsur Nahavəndi və Aslanbəy Zaseyev vurub.

Son xəbərlər