"Bu stadionda fitə basılmağım normaldı"

"Bu stadionda fitə basılmağım normaldı"
XƏBƏR 27 Mart 2012 / 18:12 2320
-  A +

"Bavariya" klubunun yarımmüdafiəçisi Frank Riberi karyerasını Münhendə başa vurmaq istədiyini bildirib.

Qol.Az-ın məlumatına görə, "L'Equipe"ə danışan fransız futbolçu eyni zamanda Çempionlar Liqasının 1/4 final mərhələsi çərçivəsində sabah qarşılaşacaqları "Marsel"lə görüşə də toxunub:

"Bavariya"da artıq 5-ci ilimi yaşayıram. Burada özümü çox rahat hiss edirəm. Ailəmlə burada çox xoşbəxtdəm. Ona görə də karyeramı elə "Bavariya"da başa vurmağı düşünürəm.

Sabah Çempionlar Liqası çərçivəsində "Marsel"in qonağı olacağıq. "Marsel"də 2 mövsüm keçirmişəm ki, bu da karyeramda önəmli rol oynayıb. Məhz onların sayəsində bu səviyyəyə gəlimişəm. Sabah "Marsel"in stadionunda fitə basılacağımı gözləyirəm. Bu, mənim üçün normaldır".

Qeyd edək ki, "Marsel" - "Bavariya" matçı sabah Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

 


Son xəbərlər
15.04.24  14:58

"Ana, biz çempionuq!"