Fransa millisinin baş məşqçisi "Çelsi" yolunda

Fransa millisinin baş məşqçisi "Çelsi" yolunda
XƏBƏR 27 Mart 2012 / 16:45 1903
-  A +

Fransa milli komandasının baş məşqçisi Loran Blankın Avro-2012-dən sonra komandadan ayrılacağı iddia olunur.

Qol.Az-ın "The Times" qəzetinə istinadən verdiyi məlumata görə, "Çelsi" klubunun sahibi Roman Abramoviç fransalı mütəxəssisi komandaya gətirməyi planlaşdırır.

Daha öncə Joze Mourinyo və Pep Qvardiola ilə anlaşa bilməyən rəhbərlik bütün diqqətini Blanka yönəldib. Ukrayna və Polşada təşkil olunacaq Avropa çempionatından sonra Blankın "Çelsi"nin baş məşqçi postuna keçəcəyi bildirilir.

Qeyd edək ki, Blank "Çelsi"ni çalışdıracağı təqdirdə ilinə 10 milyon avro qazanacaq ki, bu da 46 yaşlı mütəxəssisi Mourinyo ilə birgə ən çox qazanan məşqçi edəcək.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord