Kamran Ağayev: “Foqtsun gözü məni götürmür”

Kamran Ağayev: “Foqtsun gözü məni götürmür”
ÖLKƏ FUTBOLU 27 Mart 2012 / 13:18 3353
-  A +

Azərbaycan milli komandasının qapıçısı Kamran Ağayev millimizin baş məşqçisi Berti Foqtsla münasibətləri barədə açıqlama verib.

Qol.Az-ın məlumatına görə, ANS telekanalında efirə gedən "Xəbərin izində" tok-şousunda Foqtsla bağlı tənqidi fikirlər səslənərkən K.Ağayev almaniyalı mütəxəssisi müdafiə edib. O, Foqtsun intizam qaydasına ciddi fikir verdiyini söyləyib. “Foqts 1996-cı ildə Avropa çempionu olanda Matteus kimi bir futbolçunu milliyə cəlb etməmişdi. O, intizamı sevən məşqçidir”.
 
K.Ağayev millinin baş məşqçisiylə münasibətləri barəsində danışarkən isə bunları söyləyib: “Belə baxanda mən Foqtsun acıqlı olduğu futbolçulardanam. Onu gözü məni götürmür” .

Lakin K.Ağayev Foqtsun ona bu münasibətinin səbəbi haqda danışmaq istəməyib.

 

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki