Azərbaycandakı dünya çempionatında oynayacaq daha üç komanda müəyyənləşdi

XƏBƏR 27 Mart 2012 / 10:57 1883
-  A +

Sentyabr 22-dən oktyabrın 13-dək Azərbaycanda keçiriləcək FİFA U-17 qadınlararası dünya çempionatı 2012-nin daha 3 iştirakçısı müəyyənləşib.

Qol.Az-ın məlumatına görə, Boliviyada keçirilmiş seçim mərhələ oyunlarında Cənubi Amerika qitəsini təmsil edəcək 3 ölkənin – Braziliya, Uruqvay və Kolumbiyanın müvafiq yaş qrupundan ibarət komandası Azərbaycanda təşkil olunacaq dünya çempionatında iştirak hüququ əldə edib.

Xatırladaq ki, daha əvvəl Asiya qitəsindən Çin, Şimali Koreya və Yaponiya yığmaları DÇ-2012-yə vəsiqə qazanmışdı. Azərbaycan yığması isə dünya çempionatında ev sahibi statusu ilə çıxış edəcək.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı