“İnter” baş məşqçisi ilə yollarını ayırdı

“İnter” baş məşqçisi ilə yollarını ayırdı
XƏBƏR 27 Mart 2012 / 10:33 2374
-  A +

Bu mövsüm uğursuz çıxışı ilə yadda qalan “İnter” klubu baş məşqçisi Klaudio Ranyerlə yollarını ayırıb.

Qol.Az-ın İtaliya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə qərarı klubun prezidenti Massimo Moratti verib.

Çempionlar Liqasında çıxışını dayandıran "İnter"in ötən bazar A seriyasında "Yuventus"a məğlub olması (0:2) komanda rəhbərliyinin səbr kasasını daşırıb.

Qeyd edək ki, bu “İnter” klubunda cari mövsümün ikinci istefasıdır.

“İnter”i mövsümün sonunadək gənclər komandasının baş məşqçisi Andrea Stramaçioninin çalışdıracağı bildirilir.

Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın