"Finalda "Barselona" ilə qarşılaşsaq, kuboku..."

"Finalda "Barselona" ilə qarşılaşsaq, kuboku..."
XƏBƏR 27 Mart 2012 / 02:35 2650
-  A +

"Bavariya"nın əfsanəvi futbolçularından olan Franz Bekenbauer maraqlı açıqlamaları ilə diqqət çəkib.

Qol.Az-ın məlumatına görə, "Sky"a danışan Bekenbauer sabiq komandasının Çempionlar Liqasındakı şansını dəyərləndirib:

"Bu mövsüm "Bavariya"nın qazanacağı titullardan biri Almaniya kuboku olacaq. Ancaq Münhen təmsilçisi Çempionlar Liqasında da uğur qazana bilər. ÇL-in yarımfinalında Madrid "Real"ı ilə qarşılaşmaq ehtimalı böyükdü.
"Real"ın son dönəmlər sərgilədiyi oyun hər kəsin zövqünü oxşayır. Əgər ÇL-in finalını doğma azarkeşlərin önündə oynayırsansa, hər zaman görüşün favoriti hesab olunursan. Finalda "Barselona" ilə qarşılaşsaq , məncə, kuboku "Bavariya" qazanacaq".

Qeyd edək ki, "Bavariya" Çempionlar Liqasının 1/4 final mərhələsi çərçivəsində sabah səfərdə "Marsel"in qonağı olacaq.


Son xəbərlər
15.04.24  14:58

"Ana, biz çempionuq!"