"Hər iki turnirdə qələbə qazanmaq istəyirik"

"Hər iki turnirdə qələbə qazanmaq istəyirik"
XƏBƏR 26 Mart 2012 / 16:56 1847
-  A +

"Biz həm çempionatda, həm də ölkə kubokunda mübarizə aparırıq. Hər iki turnirdə qələbə qazanmaq istəyirik".
 
Bu sözləri Qol.Az-ın müxbiri ilə söhbətində "Neftçi" klubunun yarımmüdafiəçisi Slavço Georgiyevski deyib.

Makedoniyalı futbolçu ölkə kubokunun 1/4 final mərhələsi çərçivəsində qarşılaşacaqları "Kəpəz"lə cavab görüşü haqda fikirlərini bölüşüb:

"Kəpəz"lə cavab matçında da qələbə qazanmaq istəyirik. Gəncədəki görüşdə müəyyən çətinlik çəkdik. Cavab matçında diqqətli olmalıyıq. Bu oyunda ən azı ilk matçdakı hesabı qorumaqla növbəti mərhələyə vəsiqə qazanmalıyıq".

Unibank Premyer Liqasının növbəti turu çərçivəsində səfərdə qarşılaşacaqları "Qarabağ"la oyuna da toxunan Georgiyevski görüşlə bağlı bunları bildirib: "Qarabağ"la səfərdə oynayacağıq. Rəqibimiz güclü komandadır. Bu görüş də bizim üçün çətin keçəcək. Ancaq hələ ki, bu oyun haqda fikirləşmirik. Əsas diqqətimizi "Kəpəz"lə oyuna yönəltmişik. "Kəpəz"ə qalib gəldikdən sonra "Qarabağ"la oyun haqda düşünəcəyik".


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki