Ruslan Əmircanov: "Hansı komandaya qarşı oynadığımızı yaxşı bilirik"

Ruslan Əmircanov: "Hansı komandaya qarşı oynadığımızı yaxşı bilirik"
ÖLKƏ FUTBOLU 26 Mart 2012 / 16:23 2539
-  A +

"Kəpəz"lə ilk oyunda 2:0 hesabı ilə öndə idik. Lakin sonradan bir qədər boşaldıq və qapımızda top gördük".

Bu sözləri Qol.Az-ın müxbiri ilə söhbətində "Neftçi" klubunun yarımmüdafiəçisi Ruslan Əmircanov deyib. 

R.Əmircanov ölkə kubokunun 1/4 final mərhələsi çərçivəsində "Kəpəz"lə cavab görüşünün çətin keçəcəyini bildirib: "Matçın çətin keçəcəyini bilirik. "Kəpəz" istənilən komanda ilə görüşdə sürpiz edə bilər. Ona görə də bu matçda diqqətli oynamalıyıq. Gəncə təmsilçisi ikinci "altıliq"da mübarizə apardığından və heç bir iddiası olmadığından bütün gücünü kuboka yönəldib. Biz də bu oyuna ciddi hazırlaşırıq. Çalışacağıq ki, qələbə qazanmaqla növbəti mərhələyə vəsiqə qazanaq".

Gənc futbolçu daha sonra Unibank Premyer Liqasının növbəti turu çərçivəsində səfərdə qarşılaşacaqları "Qarabağ"la oyun haqda danışıb: "Biz hansı komandaya qarşı oynadığımızı yaxşı bilirik. "Qarabağ" haqda ancaq xoş sözlər demek olar. Bu komandanın həm oyunçuları, həm də baş məşqçisi xoş sözlərə layiqdi. "Qarabağ" klubu ikinci dövrədə məğlubiyyət acısı yaşamayıb. Ancaq biz də səfərə qələbə dalınca gedirik. Ən pis halda səfərdən 1 xalla dönmək niyyətindəyik. Uduzmaq haqda isə heç düşünmürük".

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın