"Neftçi" ailəsində heç bir söz-söhbət ola bilməz"

"Neftçi" ailəsində heç bir söz-söhbət ola bilməz"
XƏBƏR 26 Mart 2012 / 14:52 1780
-  A +

"Neftçi" klubunun baş məşqçisi Böyükağa Hacıyev "Xəzər Lənkəran"la oyun (1:1) barədə fikirlərini bölüşüb.

Qol.Az-ın məlumatına görə, klubun rəsmi saytına danışan B.Hacıyev görüşlə bağlı bunları bildirib:

"Xəzər Lənkəran"la oyun gərgin alındı. Qarşılaşmanın gedişində bir neçə dəyişiklik etdim. İkinci hissədə Rəşad Abdullayevi Cavid Hüseynovla əvəzlədim. Əlbəttə Rəşad sona kimi meydanda olub komandaya kömək etmək istəyirdi.
 
Bunanla belə, o da bütün futbolçular kimi qərarıma hörmətlə yanaşdı. Futbolçular bütün tapşırıqlarımı canla başla yerinə yetirir. Oyuna isə yalnız bir məqsədlə çıxırıq - qələbə üçün. "Neftçi" ailəsində heç bir söz-söhbət ola bilməz. Uğurlu çıxışımızın da səbəbi bu birliyimizdir".


Son xəbərlər