Ouen: "İlin oyunçusu Van Persi seçiləcək"

Ouen: "İlin oyunçusu Van Persi seçiləcək"
XƏBƏR 26 Mart 2012 / 13:44 1952
-  A +

"Mançester Yunayted" klubunun hücumçusu Maykl Ouen "Arsenal"lı həmkarı Robin Van Persinin bu mövsüm ilin oyunçusu seçiləcəyini bildirib.

Qol.Az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, ingilis futbolçu Van Persinin bu mükafata layiq olduğunu vurğulayıb:

"İlin oyunçusu mükafatına bir neçə favoritim var. Amma Van Persi onların hamısından öndə gəlir. O, bu mövsüm həqiqətən də möhtəşəm çıxış edir. İnanıram ki, Van Persi bu mövsüm İngiltərədə ilin oyunçusu seçiləcək. Çünki Van Persi bu mükafata layiqdi".

Qeyd edək ki, Ouen bu mövsüm "Mançester Yunayted"in heyətində 5 qola imza atıb.

 


Son xəbərlər
15.04.24  14:58

"Ana, biz çempionuq!"