"Qarabağ" Ağdama yollandı

"Qarabağ" Ağdama yollandı
XƏBƏR 26 Mart 2012 / 13:11 1418
-  A +

Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab mərhələsində evdə "Qəbələ"ni qəbul edəcək "Qarabağ" bu gün Ağdama yola düşüb.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, martın 28-də ilk oyunda qeydə alınmış 2:2-nin revanşına çıxacaq Ağdam təmsilçisi səfərə tam heyətlə yollanıb.

"Qarabağ" "Qəbələ" ilə oyundan sonra geri dönməyəcək. Aprelin 1-də lider "Neftçi"ni çempionat çərçivəsində qəbul edəcək komanda hazırlıqlarını Ağdamda davam etdirəcək.

Qeyd edək ki, "Qarabağ"la "Qəbələ" arasında baş tutacaq kubokun 1/4 final mərhələsinin cavab görüşü martın 28-də saat 15:00-da baş tutacaq.


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı