"Beşiktaş"ın yeni prezidenti bəlli oldu

"Beşiktaş"ın yeni prezidenti bəlli oldu
GÜNDƏM 26 Mart 2012 / 01:56 2734
-  A +

"Beşiktaş" klubunun yeni prezidentinin adına aydınlıq gəlib.

Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Fikrət Orman 4025 səslə "Beşiktaş"ın yeni prezidenti seçilib.

Yıldırım Dəmirörənin Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti seçilməsinin ardından "Beşiktaş"da boş qalan posta bir neçə namizəd var idi. Lakin səsvermədə bütün rəqiblərini qabaqlayan Orman "Beşiktaş"ın 33-cü prezidenti olub.  

Qeyd edək ki, Fikrət Orman 2014-cü ilin yanvar ayına qədər bu vəzifədə çalışacaq. 

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki