"İngiltərədə çempionluq yaşamasam belə "Real"a getməyəcəyəm"

"İngiltərədə çempionluq yaşamasam belə "Real"a getməyəcəyəm"
XƏBƏR 26 Mart 2012 / 00:01 2533
-  A +

"Mançester Siti"nin hücumçusu Serxio Aquero mövsümün sonunda "Real" (Madrid) klubuna transfer olunacağı haqda yayılan xəbərlərə münasibət bildirib.

Qol.Az-ın məlumatına görə, "Daily Mail"ə danışan argentinalı futbolu Mançestrdə xoşbəxt olduğunu və yenidən İspaniyaya qayıtmayacağına söz verib:

"Real" tərəfindən heç kimlə görüşüm olmayıb. Rəsmi təklif də almamışam. Məni istəsələr belə, buradan ayrılmaq niyyətim yoxdu. Azarkeşlər rahat ola bilər. Əsas hədəfimiz Premyer Liqada çempion olmaqdı. İngiltərədə çempionluq yaşamasam belə, "Real"a getməyəcəyəm".

Qeyd edək ki, ötən mövsüm "Atletiko" (Madrid) klubundan 38 milyon funt-sterlinq müqabilində "Mançester Siti"yə transfer olunan Auqero bu komandanın heyətində 24 qola imza atıb.


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı