Bəhmən Həsənov "Rəvan"ın məğlubiyyətinin səbəbini açıqladı

Bəhmən Həsənov "Rəvan"ın məğlubiyyətinin səbəbini açıqladı
XƏBƏR 25 Mart 2012 / 19:42 1726
-  A +

“Rəvan”ın baş məşqçisi Bəhmən Həsənov Unibank Premyer Liqanın bu gün "Turan"a qarşı Tovuzda keçirilmiş matçında 1:2 hesabıyla məğlub olmalarının səbəbini açıqlayıb.

Qol.Az-ın PFL-in saytına istinadən yaydığı məlumata görə, o bildirib ki, mərkəz müdafiəçilərinin olmaması özünü buraxdığımız qollarda göstərdi.
 
Həmkarı Əsgər Abdullayevi qələbə münasibətilə təbrik edən Həsənovun fikrincə, mərkəz müdafiəçiləri Miloş Zeçeviçlə Ekrem Hodziçin yoxluğu birbaşa nəticəyə təsir göstərib: “Normal oyun göstərdik. Qol imkanlarımız da oldu. Təəssüf ki, məğlub olduq”.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın