Maksim Medvedyev ilk qolu vurmasından danışdı

Maksim Medvedyev ilk qolu vurmasından danışdı
ÖLKƏ FUTBOLU 25 Mart 2012 / 19:32 2357
-  A +

“Hər oyunda qol vuracağımı gözləyirdim. Lakin bu, baş vermirdi. Qapıya doğru zərbələrim olsa da, ya qapıçı, ya dirək qola mane olurdu.  Şükürlər olsun ki, axır ki, komandam üçün vacib qarşılaşmada qol vurdum. Buna çox sevindim”.

Qol.Az saytına açıqlamasında bu sözləri “Qarabağ” klubunun müdafiəçisi Maksim Medvedyev deyib. Maksim “Bakı”ya qarşı matçda peşəkar futbolçu  karyerasında ilk qolunu vurub.

Vurduğu ilk qoldan sonra hansı hissləri keçirməsi haqda danışan futbolşu bunları bildirib: “Qol vurduqdan sonra keçirdiyim hissi sözlə söyləmək çətindir. Bu, əla bir hissdir. Adətən, komanda yoldaşlarım qol vuranda mən onların üzərlərinə qaçıb təbrik edirdim. Bu dəfə isə əksənə oldu. Onlar sevinc hissi keçirərək, üzərimə doğru qaçdılar. Qol vurmağım ailəmdə də böyük sevincə səbəb oldu. Evdəkilər dedilər ki, axır ki, qol vurdun”.

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki