Milli komandanın sabiq qapıçısına ölkədən çıxmaq qadağan olunub

XƏBƏR 25 Mart 2012 / 12:28 2251
-  A +

Futbol üzrə İran milli komandasının və ölkənin tanınmış iki ən böyük futbol komandaları olan "İstiqlal" və "Prespolis" komandalarının sabiq qapıçısı Əhmədrza Abidzadənin ölkədən çıxması qadağan olunub. "Trend"in məlumatına görə, bu barədə MEHR xəbər agentliyi məlumat verir.

Məlumata əsasən, məhkəmənin qərarı ilə Abidzadəyə həmçinin 54 zərbə şallaq vurulacaq.

Ə.Abidzadə bildirib ki: "Martın 20-də Amerikaya oğlumu görmək üçün getmək istəyirdim, hava limanında mənim pasportumu aldılar və bildirdilər ki, ölkədən çıxamq sənə qadağan olunub və məhkəməninin qərarı ilə sənə həmçinin 54 zərbə şallaq vurulmalıdır. 1993-cü ildə İran milli komandası ilə Çin milli komandasının görüşündə ayağım zədələndi. Mənim ayağımda Mədədi adlı həkim cərahiyyə əməliyatı apardı. Həmin cərrahiyyədən sonra mən dəfələrlə Almaniyada müailəcə olundum. Orada həkimlər dedilər ki, ilkin cərrahiyyə əməliyyatını həkim düzgün aparmayıb. Ona görə ayağımın biri qısa və biri uzun oldu. Mənim ölkədən çıxmağıma qadağa həmin həkimin məndən şikayət etməsinə görədir.Belə ki, mən ölkə qəzetlərinin birinə müsahibəmdə bu məsələni açıqlamışam və həkim məndən şikayət edib".

Ə.Abidzadə ona qarşı atılmış bu addımı tənqid edib və deyib ki, guya məhkəmə üç dəfə mənə məktub göndərib, lakin göndərilən ünvan yanlış olduğundan mən məhkəmənin qərarı ilə tanış ola bilməmişəm.

1998-ci ildə futbol üzrə dünya birinciliyində Abidzadə milli komandanın qapıçısı olub.


Son xəbərlər