Qurban Qurbanov: «Hələ birinci hissədə qələbəni 70/80 faiz təmin etmişdik»

XƏBƏR 29 Noyabr 2008 / 16:52 3440
-  A +

«Qarabağ»ın baş məşqçisi Qurban Qurbanov «Karvan»la oyundan və nəticədən razı qaldığını söyləyib. «Birinci hissədə yaxşı oynadıq, hesabda irəli çıxdıq. Hələ birinci hissədə qələbəni 70/80 faiz təmin etmişdik» - deyə Qurban Qurbanov bildirib. Qol.Az-ın məlumatına görə, baş məşqçi ikinci hissədə oyunun tam fərqli keçdiyini vurğulayıb: «İkinci hissəyə «Karvan» daha yaxşı başladı, nəticədə hesab bərabərləşdi. Amma bizim uşaqlar sonadək mübarizə apardılar və qələbə qazandıq».

 


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı