Yunis Hüseynov: «Mənim daha Anar Niyazova inamım qalmayıb»

Yunis Hüseynov: «Mənim daha Anar Niyazova inamım qalmayıb»
PREMYER LİQA 29 Noyabr 2008 / 16:46 5406
-  A +

«Karvan»ın baş məşqçisi Yunis Hüseynov «Qarabağ»la oyundan sonra komandasının məğlubiyyətini oyunun baş hakimi Anar Niyazovda gördüyünü söyləyib. Qol.Az-ın əməkdaşının məlumatına görə, bu gün keçirilən mətbuat konfransında Yunis Hüseynov bildirib ki, hələ oyundan əvvəl Anar Niyazovun bu matça təyinat almamasıyla bağlı Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevdən xahişdə bulunub. «Simurq»la oyundan əvvəl də, bugünkü qarşılaşmadan öncə də Ramin Musayevə Anar Niyazovdan narazılığımı bildirmişdim. Çünki Anar Niyazov bizim oyunlara hakimlik edəndə uduzuruq. Mənim daha bu hakimə inamım qalmayıb. Bu gün də o bizim əleyhimizə qərarlar verdi. Oyunun videoyazısına baxsanız, siz də buna əmin olarsınız».
Y.Hüseynov iddia edib ki, «Karvan»ın qapısına üçüncü qolun vurulmasında rol oynayan cərimə zərbəsi əslində yox imiş: «Amma hakim cərimə zərbəsini təyin etdi və bu, qolla nəticələndi».
Y.Hüseynov bugünkü qələbəyə görə «Qarabağ»ı təbrik edib və komandaya uğurlar arzulayıb.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı