Zidan sevinməsinə peşman oldu

Zidan sevinməsinə peşman oldu
XƏBƏR 9 Mart 2012 / 01:48 2407
-  A +

"Mainz" klubunun hücumçusu Muhammed Zidan cəzalandırılıb.

Qol.Az-ın Almaniya mətbuatına istinadən verdiyi məlumata görə, buna misirli futbolçunun Bundesliqanın sonuncu turunda "Kayzerslautern"lə oyundan sonra tribunaya qalxaraq sevincini azarkeşlərlə birgə bayram etməsi səbəb olub. 

Komandasının ilk qoluna imza atan Zidan "Mainz"in 4:0 hesablı qələbəsindən sonra azarkeşlərin sırasına qatılaraq rəqibin əleyhinə müəyyən şüarlar səsləndirmişdi. Almaniya Futbol Federasiyası (AFF) isə futbolçuya bu hərəkətinə görə 6 min avro cəza kəsib.

Zidan oyundan sonrakı açıqlamasında klubun prezidenti və azarkeşlərdən üzr istəsə də, cəzaya görə etiraz etməyəcəyini bildirib.

Qeyd edək ki, daha öncə "Bayer" (Leverkuzen) klubunun yarımmüdafiəçisi Mixael Ballak "Köln"ün əleyhinə şüarlar səsləndirdiyi üçün 8 min avro cəzalandırılmışdı.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı