"Avro-2020"nin Gürcüstan və Azərbaycanda keçirilməsi kifayət qədər realdır"

"Avro-2020"nin Gürcüstan və Azərbaycanda keçirilməsi kifayət qədər realdır"
XƏBƏR 8 Mart 2012 / 18:38 2435
-  A +

Azərbaycan və Gürcüstanın futbol federasiyaları Avro-2020-nin keçirilməsi ilə bağlı ərizəni müzakirə edəcəklər

Gürcüstan və Azərbaycan nümayəndələri yaxın 2 həftədə Türkiyədə keçirələcək UEFA konqresində gələcək planları müzakirə edəcəklər.

Qol.Az-ın "Trend" agentliyinə istinadən yaydığı məlumata görə, bunu keçirdiyi brifinqdə Gürcüstan Futbol Federasiyasının prezidenti Zviad Siçinava deyib.

Siçinava bildirib ki, bu görüşdə Avro-2020-nin keçirilməsi layihəsinin reallaşdırılması istiqamətində suallar öz konkret həllini tapacaq.

O qeyd edib ki, 2020-ci ildə futbol üzrə Avropa çempionatının Gürcüstanda və Azərbaycanda keçirilməsi kifayət qədər realdır. Siçinavanın sözlərinə görə, 2014-cü ildə Avropa Çempionatının keçiriləcəyi şəhərlərlə bağlı hazır plan UEFA-ya təqdim edilməlidir.

Federasiya prezidentinin sözlərinə görə, Avropa çempionatının Gürcüstanın beş şəhərində keçirilməsi nəzərdə tutulur. Onların üçü Tbilisi, Batumi və Kutaisidir, daha iki şəhərin adları isə gələcəkdə bəlli olacaq.

Siçinava həmçinin bildirib ki, UEFA tələblərinə uyğun olaraq, Avropa Çempionatının keçirilməsi üçün 12 stadion və 24 yaşayış bazasının tikilməsi gərəkdir.

2020-ci il Avropa çempionatına sahiblik edəcək ölkəni UEFA 2014-cü ildə elan edəcək.

Gürcüstan Prezidenti Mixail Saakaşvili çərşənbə günü Bakıda Milli Məclisdə çıxış edərkən Gürcüstan və Azərbaycanın futbol üzrə Avropa çempionatına ev sahibliyi etmək niyyətini ilk dəfə açıqlayıb.


Son xəbərlər