Daha bir türk futbolçu "Real"a doğru?

Daha bir türk futbolçu "Real"a doğru?
XƏBƏR 8 Mart 2012 / 18:24 3260
-  A +

"Trabzonspor" klubunun hücumçusu Burak Yılmaz karyerasını İspaniya La Liqasında davam etdirə bilər.

Qol.Az-ın İspaniyanın "nuevofutbol. com" saytına istinadən verdiyi məlumata görə, türkiyəli futbolçu "Real" (Madrid) klubunun maraq dairəsinə düşüb.

İspaniya mətbuatı "Real"ın skautlarının Burakın 6 matçını canlı izlədiyini və futbolçu ilə bağlı bütün sitatistikların hesabat şəklində topladıqlarını yazır.

"Real" rəhbərliyinin mövsümün sonunda 26 yaşlı futbolçu ilə danışıqlara başlayacağı da istisna olunmur. Lakin hələlik bu barədə heç bir klubdan rəsmi açıqlama gəlməyib.

Qeyd edək ki, Burakla İngiltərənin "Arsenal" klubu da yaxından maraqlanır.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord