"Mançester Siti"nin növbəti hədəfi - Van Persi

"Mançester Siti"nin növbəti hədəfi - Van Persi
XƏBƏR 8 Mart 2012 / 17:09 1878
-  A +

"Mançester Siti" klubunun baş məşqçisi Roberto Mansini "Arsenal"ın forvardı Robin Van Persiyə "elçi" düşüb.

Qol.Az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, italiyalı mütəxəssis mövsümün sonunda Van Persinin transferi üçün danışıqlara başlayacaqlarını bildirib:

"Van Persi mükəmməl oyunçudur. Onunla maraqlanmağımız normaldır. Biz bütün istedadlı futbolçuları yaxından izləyirik. Əgər yüksək səviyyəli futbolçu komandasından ayrılmaq istəyirsə, onunla danışıqlar aparmağı planlaşdırırıq.

Düşünürəm ki, Van Persi "Arsenal"ı tərk etmək istəmir və o komandada qalacaq. Məncə, Van Persi hazırda Messi, Ronaldo, Balotelli və Aquero ilə birgə Avropanın ən yaxşı hücumçuları sırasında yer alır. Hər bir komandanın onun kimi futbolçuya ehtiyacı var". 

Qeyd edək ki, Hollandiya millisinin heyətində 40 oyun keçirən Van Persi 14 dəfə rəqib qapılarına yol tapıb.


Son xəbərlər