Unibank Premyer Liqasının XIX turu rekordla yadda qaldı

Unibank Premyer Liqasının XIX turu rekordla yadda qaldı
XƏBƏR 8 Mart 2012 / 14:51 1881
-  A +

Unibank Premyer Liqasının XIX turunda qapılara 22 qol vurulub ki, bu da mövsümün rekordudur.
 
Qol.Az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, üstəlik bu dəfə bütün qollar eyni günə təsadüf edib.

Bu isə ilk baxışdan unikal göstərici sayıla bilər. Lakin Azərbaycan çempionatları tarixinə nəzər salsaq, ən çox qolun qeydə alındığı gün 1995/96-cı il mövsümünə təsadüf edib. 1995-ci il oktyabrın 22-də baş tutan 6 qarşılaşmada qapılara 32 qol vurulub ki, bu da çempionatlar tarixində rekorddur. Həmin gün “Kəpəz” Neftçala “Pambıqçı”sını 10:1, “Kür-Nur” “Viləş”i 5:0, “Neftçi” “Bakı fəhləsi”ni 4:2, “Turan” Bərdə “Pambıqçı”sını 5:1 hesabı ilə məğlub etmişdi.

OİK öz meydanında “Şəmkir”ə 0:2 hesabı ilə uduzduğu gündə “Qarabağ” – “Xəzri” matçı da az qollu olmuşdu – 1:1. Düzdür, həmin - ən məhsuldar gündən bir neçə ay keçəndən sonra Bərdə təmsilçisi çempionatdan çıxarıldı və nəticələri ləğv olundu.  Bundan başqa 1993/94 mövsümünün sonluğunda – 1994-cü il mayın 15-də baş tutan 6 görüşdə də yüksək məhsuldarlıq qeydə alınıb – 30 qol.

Bu dəfəki 22 qolluq nəticə isə son 82 ayın rekordu sayılır. Çünki sonuncu dəfə 22-dən çox qol məhz 82 ay əvvəl – 2005-ci il mayın 3-də qeydə alınmışdı. Həmin gün qapılara 26 qol vurulmuşdu: “Bakı” – “MKT-Araz” 1:0, “Gəncə” – “Karat” 4:1, “Karvan” – “Göyəzən” 4:1, “Şahdağ-Samur” – “Gənclərbirliyi” 3:1, “Şəmkir” – “Bakılı” 3:0, “Turan” – “İnter 1:0, “Xəzər Lənkəran” – “Ədliyyə” 6:1.

 


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı