AÇ-2020-nin Azərbaycan və Gürcüstanda keçirilməsinin təfərrüatları martın 21-də məlum olacaq

AÇ-2020-nin Azərbaycan və Gürcüstanda keçirilməsinin təfərrüatları martın 21-də məlum olacaq
ÖLKƏ FUTBOLU 8 Mart 2012 / 13:15 2233
-  A +

Gürcüstan və Azərbaycanda futbol üzrə Avropa çempionatının keçirilməsi mümkünlüyünün təfərrüatları martın 21-də İstanbulda baş tutacaq UEFA-nın konqresində məlum olacaq.

Qol.Az-ın "Trend"ə istinadən yaydığı məlumata görə, bu barədə jurnalistlərə Gürcüstanın idman və gənclərlə iş üzrə naziri Vladimir Vardzelaşvili bildirib.

Onun sözlərinə görə, konqresdə ölkələrin öz namizədliklərini nə vaxt təqdim edə biləcəkləri həll olunacaq. Nazir qeyd edib ki, buna qədər tərəflər öz ölkələrinin təqdimatına hazırlaşacaq, sonra onlara UEFA-nın müxtəlif komitələri ilə işləmək və 2020-ci ildə Avropa çempionatının Gürcüstan və Azərbaycanda keçirilməsinə nail olmaq imkanı veriləcək.

"Bunun baş verməsi üçün hər iki tərəf ayrı-ayrı meyarlarla razı salmalıdır. Bura stadionların infrastrukturundan tutmuş aeroportlar və mehmanxanalara qədər bir çox şeylər aiddir. UEFA bu meyarların formasını elan edir" - deyə Vardzelaşvili bildirib.

O həmçinin vurğulayıb ki, Gürcüstan və Azərbaycan 14 vacib bənd üzrə razılığa gəlib ki, bu da müqavilədə öz əksini tapıb və onların yerinə yetirilməsi üzrə öhdəlik götürüb.

"Əlavə məsələlərdən biri prezidentin təşəbbüsü olub. Prezident Azərbaycan tərəfinə Gürcüstan və Azərbaycanın Avropa çempionatını qəbul edən ölkələr qismində birgə ərizə təqdim etməyini təklif edib".

Gürcüstan Prezidenti Mixail Saakaşvili çərşənbə günü Bakıda Milli Məclisdə çıxış edərkən Gürcüstan və Azərbaycanın futbol üzrə Avropa çempionatına ev sahibliyi etmək niyyətini ilk dəfə açıqlayıb.


 

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın