İngiltərə kuboku: "Tottenhem" növbəti mərhələdə

İngiltərə kuboku: "Tottenhem" növbəti mərhələdə
GÜNDƏM 8 Mart 2012 / 02:49 2287
-  A +

İngiltərə Federasiya Kubokunda (FA) V mərhələnin oyunlarına yekun vurulub. Qol.Az-ın məlumatına görə, əslində bir qarşlaşmadan ibarət olan bu mərhələdə təkrar oyunlar keçirilib.

Londonun "Tottenhem" klubu doğma azarkeşləri önündə aşağı liqa təmsilçisi "Stevenage" ilə qarşılaşıb. Matçın 4-cü dəqiqəsində hesabda geri düşən meydan sahibləri oyunda dönüş yarada biliblər.

Fasiləyə 1:1-lik bərabərliklə yollanan komandaların duelində ikinci hissədə daha 2 qol vurulub. Rəqibini daha 2 dəfə məyus edən "Tottenhem" "Çelsi"nin ardından növbəti mərhələyə vəsiqə qazanıb - 3:1.

 

7 mart

İngiltərə Federasiya Kubokunun V mərhələsində təkrar oyunlar

"Tottenhem" – "Stevenage" - 3:1
Qollar:
Bayrom, 4-pen Defo, 26 (1:1), 75 (3:1), Adebayor, 55-pen (2:1)

 

6 mart

"Birmingem" - "Çelsi" - 0:2
Qollar:
Mata, 54 (0:1), Meyreleş, 60 (0:2)

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı