Azərbaycan yığması olimpiadaya Fransada hazırlaşacaq

Azərbaycan yığması olimpiadaya Fransada hazırlaşacaq
LONDON-2012 8 Mart 2012 / 01:54 2181
-  A +

Azərbaycanın taekvondo üzrə olimpiya yığması Fransanın paytaxtı Parisə yollanacaq.
 
Taekvondo Federasiyasının mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, martın 14-də start götürəcək hazırlıq prosesinə 5 qadın, 3 kişi idmançı cəlb olunub.

Koreyalı məşqçi Con Conqbay və qadınlardan ibarət yığmanın baş məşqçisi Sun Mi Parkın rəhbərliyi ilə Parisə Elvin Məmmədov (74 kq), Ramin Əzizov (80 kq) və Bayraməli Vəliyev (87 kq), eləcə də Xəyalə Quliyeva (46 kq), Türkanə Tahirli (49 kq), Aygül Abdullayeva (53 kq), Səbinə Mikayılova (62 kq) və Fəridə Əzizova (67 kq) aparılacaq. Onlar martın 21-dək yerli taekvondoçularla birgə toplanışda olacaqlar. Daha sonra idmançılarımız 24-25 martda İspaniyanın Alikante şəhərində bu ölkənin 10-cu açıq çempionatına (“Spanish Open”) qatılacaqlar.

Qeyd edək ki, bu taekvonçularımızdan 2-si – Ramin Əzizov və Fəridə Əzizova 2012-ci il London Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı