"Baku Fires" döyüşə hazırdı

"Baku Fires" döyüşə hazırdı
XƏBƏR 8 Mart 2012 / 01:18 1538
-  A +

Martın 10-da “Sərhədçi” Olimpiya İdman Mərkəzində "Baku Fires" (Azərbaycan) və "Venky’s Mumbai Fighters" (Hindistan) komandaları arasında Ümumdünya Boks Seriyasının (WSB) dörddə bir final mərhələsinin cavab matçı keçiriləcək.

Qol.Az-ın məlumatına görə, Hindistanda 2:3 hesabı ilə məğlub olduqdan sonra, Bakı komandası 4:1 hesabı ilə qalib gəlməlidir.

"Baku Fires" 3:2 hesabı ilə qalib gələrsə, əlavə döyüş təyin olunacaq. Püşkatmaya əsasən, bu döyüşdə 85 kq-dək boksçular qarşılaşacaq.
Komandaların heyətləri məlumdur:

54 kq. Мəhəmməd Qurbanov (Rusiya) – İvan İlnitskiy (Ukrayna)
61 kq. İsa İsayev (Azərbaycan) – Divakar Prasad (Hindistan)
73 kq. Heybulla Mürsəlov (Azərbaycan) – Konstantin Sniqur (İzrail)
85 kq. Ramazan Məhəmmədov (Azərbaycan) – Leonid Çernobayev (Belarus)
+91 kq. Denis Poyatsıka (Ukrayna) – Pol Kun (ABŞ)

Əlavə döyüş. 85 kq. Teymur Məmmədov (Azərbaycan) – Jasvir Sinqx (Hindistan)

Qeyd edək ki, bu cütlüyün qalibi yarımfinalda "Paris United" - "Dolce & Gabbana Milano Thunder" cütlüyünün qalibi ilə qarşılaşacaq. Fransada keçirilmiş ilk matç 3:2 hesabı ilə parislilərin xeyrinə başa çatıb.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın