Rafiq Mirzəyev: "Bu 3 xal bizim üçün gec oldu"

XƏBƏR 7 Mart 2012 / 18:15 1645
-  A +

"Oyuna ciddi hazırlaşmışdıq. “Sumqayıt” klubunun bir çox oyunçusu U-21 milli komandasının üzvüdür".

Qol.Az-ın məlumatına görə, bu sözləri AZAL klubunun baş məşqçisi Rafiq Mirzəyev "Sumqayıt"la görüşdən sonra (6:3) keçirilən mətbuat konfransında deyib.

R.Mirzəyev bundan sonrakı hədəflərinin ölkə kubokunu qazanmaq olduğunu açıqlayıb: "Sumqayıt"la açıq oyun getdi. “Altılıq”dan kənar qaldıq, bu 3 xal bizim üçün gec oldu. Bundan sonra əsas hədəfimiz ölkə kubokunu qazanmaq olacaq”.


Son xəbərlər