Raab: "10 qol buraxmadığımıza görə sevinirəm"

Raab: "10 qol buraxmadığımıza görə sevinirəm"
XƏBƏR 7 Mart 2012 / 18:12 2022
-  A +

"Azarkeşlər üçün maraqlı oyun oldu və bu görüşdə 9 qol izlədik".

Qol.Az-ın məlumatına görə, bu sözləri "Sumqayıt" klubunun baş məşqçisi Bernhard Raab AZAL-la görüşdən sonra (3:6) keçirilən mətbuat konfransında deyib.

Raab komandasının oyunundan narazı qaldığını bildirib: "Komandamın oyununu bəyənmədim, müdafiədə səhvlər buraxdıq. Sevinirəm ki, buraxılan qolların sayı 10 olmadı. İlk 3 qolu rəqibə “hədiyyə” etdik. Bundan sonra oyunun gedişini dəyişmək çətin oldu. Bu oyun göstərdi ki, komandada dəyişikliklər labüddür".


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın