"Altılıq"dakı oyunların təqvimi bəlli oldu

"Altılıq"dakı oyunların təqvimi bəlli oldu
XƏBƏR 7 Mart 2012 / 17:55 3455
-  A +

Xəbər verdiyimiz kimi, bu gün keçirilən 6 oyunla Unibank Premyer Liqasının təsnifat mərhələsinə yekun vurulub.

Qol.Az-ın məlumatına görə, artıq martın 10-u və 11-də start götürəcək hər iki "altılıq"dakı ilk cütlüklər də müəyyənləşib.

Beləliklə, ilk "altılıq"da təsnifat mərhələsinin qalibi "Neftçi" səfərdə "Qəbələ"nin, "İnter" "Bakı"nın, "Xəzər Lənkəran" isə "Qarabağ"ın qonağı olacaq.

İkinci "altılıq"da isə AZAL öz meydanında "Turan"la, "Rəvan" "Sumqayıt"la, "Kəpəz" isə "Simurq"la qarşılaşacaq.

Peşəkar Futbol Liqasından Qol.Az-a bildirlib ki, final mərhələsinin ilk və sonrakı turlarının oyunların hansı tarixdə başlamasıyla bağlı rəsmən sabah açıqlama veriləcək.

 


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın