Aleksandr Starkov: "Mən istefa çağırışlarına alışmışam"

Aleksandr Starkov: "Mən istefa çağırışlarına alışmışam"
XƏBƏR 7 Mart 2012 / 17:43 2145
-  A +

"Təəssüf ki, erkən qol buraxdıq. İkinci qol əks hücumdan, üçüncü top isə standart vəziyyətdən qapımıza vuruldu".

Qol.Az-ın məlumatına görə, bu sözləri "Bakı" klubunun baş məşqçisi Aleksandr Starkov "Neftçi" ilə oyundan sonra (1:3) keçirilən mətbuat konfransında deyib.

A.Starkov görüşlə bağlı daha sonra bunları bildirib: "Sürətdə "Neftçi"yə uduzurduq. Yenə də komandam ikinci hissədə özünü toparlaya bildi və hətta bir qol da vurmağa nail olduq. Məğlubiyyətə erkən qol səbəb oldu. Komandanın heyətində olan yerli futbolçular da yaxşı təsir bağışladılar. Yeni gələn legionerlərə isə bir qədər vaxt lazımdı".

Latviyalı mütəxəssis istefa ilə bağlı verilən sualı isə belə cavablandırıb: "Mən Rusiyada, Latviyada işləmişəm və artıq belə istefa çağırışlarına alışmışam".
 
Starkov bir daha bəyan edib ki, istefası barədə burada, jurnalistlərlə yox, lazım olan adamlarla, lazımi kabinetlərdə danışacaq: "Komandanın prezidenti ilə görüşüb bu məsələni müzakirə edəcəyik".


Son xəbərlər