Böyükağa Hacıyev: "Hər şey göz qabağında idi"

Böyükağa Hacıyev: "Hər şey göz qabağında idi"
XƏBƏR 7 Mart 2012 / 17:34 1934
-  A +

"Komandam bu gün yaxşı təsir bağışladı. İlk hissədə erkən qol vurmağımız da xeyrimizə oldu".

Qol.Az-ın məlumatına görə, bu sözləri "Neftçi" klubunun baş məşqçisi Böyükağa Hacıyev "Bakı" ilə görüşdən sonra (3:1) keçirilən mətbuat konfransında deyib.

B.Hacıyev bu qarşılaşmada komandasının oyunundan razı qaldığını bildirib: "İlk hissədə 3 qol vursaq da, fasilədən sonra komandada arxayınçılıq var idi. Ancaq yenə də komandamın oyunundan razı qaldım. Əsasən də gənc futbolçuların oyununu bəyəndim. "Neftçi" haqda çox danışmaq istəmirəm. Hər şey göz qabağında idi".


Son xəbərlər