Hərbçilərin dünya çempionatı Azərbaycanda keçiriləcək

XƏBƏR 7 Mart 2012 / 15:38 1514
-  A +

Hərbçilərin futbol üzrə dünya çempionatı 2013-cü ildə Azərbaycanda keçiriləcək. Qol.Az-ın AFFA-nın saytına istinadən yaydığı məlumata görə, bununla əlaqadər, AFFA-nın inzibati binasında bu gün baş katib Elxan Məmmədov, Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, MOİK-in rəisi Natiq Əliyev, Beynəlxalq Hərbi İdman Təşkilatının Baş katibliyinin administrasiya rəhbəri Oliver Verhelle və təşkilatın texniki direktoru Nevzat Varol iştrak ediblər.

Elxan Məmmədov FİFA U-17 qadınlararası dünya çempionatının bu il Azərbaycanda keçiriləcəyini qonaqların diqqətinə çatdırıb və hazırda ölkəmizdə mövcud olan, həmçinin inşası davam edən stadionlarla bağlı ətraflı məlumat verib. FİFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin təşkilati işləri ilə bağlı ətraflı məlumat aldıqlarını deyən qonaqlar, hərbçilərin futbol üzrə dünya çempionatının da yüksək səviyyədə keçiriləcəyinə inandıqlarını bildiriblər.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı