Madrid "Real"ı 7 futbolçusu ilə yollarını ayırır

Madrid "Real"ı 7 futbolçusu ilə yollarını ayırır
XƏBƏR 7 Mart 2012 / 14:27 3341
-  A +

"Real" (Madrid) klubunun baş məşqçisi Joze Mourinyo mövsümün sonunda komandasında görmək istəmədiyi futbolçuların siyahısını müəyyənləşdirib.

Qol.Az-ın "Milliyet" qəzetinə istinadən verdiyi məlumata görə, Madrid təmsilçisi mövsümün sonunda 7 futbolçu ilə yollarını ayıracaq.

Bu oyunçuların arasında 2 türk futbolçu da var. Ötən mövsüm komandaya transfer edilən Həmid Altıntop və Nuri Şahinin də "Real"dan ayrılacağı iddia olunur. Mövsümün sonunda "Real"ı tərk edəcək digər futbolçular isə Qonzalo İquain, Kaka, Esteban Qranero, Raul Albiol və Rikardo Karvalyodur.

Lakin Mourinyonun özünün də mövsümün sonunda "Real"dan ayrılaraq İngiltərə qayıdacağı gözlənilir. Əgər bu baş verərsə, adı çəkilən futbolçuların komandada qalacağı istisna olunmur.


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı