Van Bommel: "İlk hissədə meydanda yox idik"

Van Bommel: "İlk hissədə meydanda yox idik"
XƏBƏR 7 Mart 2012 / 13:48 1575
-  A +

"Milan" klubunun yarımmüdafiəçisi Mark Van Bommel Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində dünən qarşılaşdıqları "Arsenal"la oyun haqda fikirlərini bölüşüb.

Qol.Az-ın "goal.com"a istinadən verdiyi məlumata görə, hollandiyalı futbolçu ilk hissədə çox zəif oynadıqlarını və bunun məntiqi nəticəsi kimi qapılarında 3 top gördüklərini bildirib:

"Oyunda hər şey var idi. İlk hissədə çox səhvlərə yol verdik və sanki meydanda yox idik. Buna görə də qapımızda 3 top gördük. "Arsenal" isə vurduğu qollarla üzərimizə gələməyə başladı. Lakin ikinci yarıda nəzarəti əlimizə aldıq və növbəti mərhələyə adlayan tərəf biz olduq".

Qeyd edək ki, ilk görüşdə "Arsenal"ı böyük hesabla məğlub edən "Milan" (4:0) cavab oyununda rəqibinə 0:3 hesabı ilə uduzmasına baxmayaraq, növbəti mərhələyə məhz İtaliya təmsilçisi yüksəlib.


Son xəbərlər