Məşhur teleaparıcı "Qalatasaray"ın vitse-prezidenti oldu

XƏBƏR 7 Mart 2012 / 13:20 2118
-  A +

Türkiyənin “Qalatasaray” klubu rəhbərliyində iki istefa baş verib.

Qol.Az-ın “Habertürk”ə istinadən verdiyi məlumata görə, klubun vitse-prezidenti Adnan Öztürk və idarə heyətinin üzvü Adnan Nas tutduqları vəzifələrdən ayrılıblar.

Bu qərar Türkiyənin Ticarət haqqında qanununa əsasən, müstəqil rəhbərin gərəkliyi səbəbindən verilib. Öztürk klubda idarə heyətinin üzvü kimi fəaliyyətini davam etdirəcək. Öztürkün postu “KanalD”nin əsas xəbər bülleteninin aparıcısı Mehmet Ali Biranda tapşırılıb. Nası isə Ümit Özdemir əvəzləyib.

Qeyd edək ki, 71 yaşlı Mehmet Ali Birand “Qalatasaray” Litseyinin məzunudur.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı