Arda “Beşiktaş”a qarşı oynamayacaq

Arda “Beşiktaş”a qarşı oynamayacaq
XƏBƏR 7 Mart 2012 / 11:48 1609
-  A +

Türkiyə milli komandasının və İspaniyanın “Atletiko” klubunun futbolçusu Arda Turan Avropa Liqasının 1/8 final mərhələsinin ilk görüşündə “Beşiktaş”a qarşı forma geyinməyəcək. Qol.Az-ın məlumatına görə, bu haqda 25 yaşlı yarımmüdafiəçinin özü açıqlama verib.

Ötən həftəsonu “Sevilya” ilə İspaniya çempionatı matçını da buraxmış Arda bildirib ki, zədəsi hələ sağalmayıb. O, “qara qartallar”la martın 8-də Madriddəki “Visente Kalderon” stadionunda keçiriləcək ilk matçda, çox güman ki, forma geyinməyəcək. Bundan bir həftə sonra İstanbuldakı “İnönü” stadionunda baş tutacaq qarşılaşmada türkiyəli futbolçunun iştirakına isə hələ aydınlıq gəlməyib.

Arda hazırkı durumu barədə bunları deyib: “Zədəmə diqqət etməliyəm. Qasıq nahiyəmdə problem var. Çox yüklənsə, daha ağır nəticə verə bilər. Tam sağalmadan oynamamalıyam”.

O, həmçinin “Beşiktaş”a zəif rəqib kimi yanaşmamalarının gərəkliyini vurğulayıb.

Qeyd edək ki, “Atletiko” – “Beşiktaş” matçı Bakı vaxtı ilə saat 22:00-da başlanacaq.a


Son xəbərlər