Fatih Terimin qızı aləmi bir-birinə vurdu

Fatih Terimin qızı aləmi bir-birinə vurdu
GÜNDƏM 7 Mart 2012 / 10:35 3266
-  A +

Türkiyə superliqasının “Sivasspor”a qarşı keçirilmiş son turunda 4:0 hesabı ilə qalib gələn “Qalatasaray“ klubunun baş məşqçisi Fatih Terimin qızı Buse Terimin twitter sosial şəbəkəsində paylaşdığı bir twit etirazlara səbəb olub.

Qol.Az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, Necati Atəşin də iki qol vurduğu həmin oyundan sonra Buse “Fener”i ateş basdı” (azərbaycan türkcəsinə tərcümədə - “Fənərbaxça”nı od bürüdü – red.) məzmunlu bir twit yayıb. Bundan sonra isə həmin sosial şəbəkədə geniş müzakirələr başlayıb, “Fənərbaxça”lı azarkeşlər etirazlarını bildiriblər. Vəziyyətin bu duruma gəldiyini görən Buse twitini pozmaq məcburiyyətində qalıb. Buna baxmayaraq, “Fənərbaxça”nın təmsilçiləri və bəzi futbolçuları əzəli rəqibləri olan “Qalatasaray”ın baş məşqçisinin qızı tərəfindən belə bir fikrin irəli sürməsini müzakirəyə çıxarıblar.

Sonda məsələyə “Fənər”in baş məşqçisi Aykut Kocaman müdaxilə etməkli olub. O, futbolçularına və klubun nümayəndələrinə sosial şəbəkələrdə bu məsələ, eləcə də gələn həftə “Qalatasaray”a qarşı keçiriləcək derbi oyunu barədə fikir bildiməyi qadağan edib.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın