APOEL macərası və "Barselona" şousu davam edir

APOEL macərası və "Barselona" şousu davam edir
GÜNDƏM 8 Mart 2012 / 02:23 6977
-  A +

Bu gün Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunları çərçivəsində növbəti görüşlər keçirilib. Qol.Az-ın məlumatına görə, ikinci oyun günündə daha 2 qarşılaşma baş tutub.

Bu mövsüm ÇL-in sürpriz komandalarından olan Kiprin APOEL klubu doğma azarkeşləri önündə Fransa "Lion"unu qəbul edib. İlk görüşdə rəqibinə 1:0 hesabı ilə qalin gələn "Lion" bu üstünlüyünü qorumağa çalışacaqdı. Lakin APOEL erkən qolla hesaba tarazlıq gətirib. Oyundan sonra penaltilər seriyasında daha dəqiq oynayan Kipr təmsilçisi növbəti mərhələyə adlayıb - 4:3.

Günün digər qarşılaşması isə Barselonada baş tutub. Burada yerli "Barselona" klubu Leverkuzenin "Bayer" komandasını qəbul edib. Səfərdə 3:1 hesabı ilə qalib gələn Kataloniya təmsilçisi bu görüşün də əsas favoriti hesab olunurdu. "Barselona" bu dəfə rəqibini biabır edib. Meydan sahiblərinin 7:1 hesabı ilə qalib gəldiyi oyunda Messi 5 qol vurmaqla diqqət çəkib.  

Qeyd edək ki, dünən keçirilən cavab görüşlərindən sonra artıq iki komanda - "Milan" və "Benfika" klubları 1/4 finala vəsiqə qazanıblar.

 

7 mart

Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunları

23:45. APOEL (Kipr) - "Lion" (Fransa) (ilk oyun - 0:1) - 1:0 (Penaltilər seriyası - 4:3)
 "Lion": + + + - -
APOEL: + + + +
Qol:
Manduka, 9 (1:0)

23:45. "Barselona" (İspaniya) - "Bayer" (Leverkuzen, Almaniya) (ilk oyun - 3:1) - 7:1
Qollar:
Messi, 25 (1:0), 42 (2:0), 50 (3:0), 58 (5:0), 85 (7:0), Tello, 55 (4:0), 62 (6:0), Bellarabi, 90+1 (7:1)

 

 

6 mart

"Arsenal" (İngiltərə) - "Milan" (İtaliya) (ilk oyun - 0:4) - 3:0
Qollar:
Kosielni, 7 (1:0), Rosiçki, 26 (2:0), Van Persi, 43-pen (3:0)


"Benfika" (Portuqaliya) - "Zenit" (Rusiya) (ilk oyun - 2:3) - 2:0
Qollar:
Pereyra, 45 (1:0), Oliveyra, 90+2 (2:0)

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı