"Milli forma "Real" və "Barselona"da çıxış etməkdən daha üstündür"

"Milli forma "Real" və "Barselona"da çıxış etməkdən daha üstündür"
XƏBƏR 7 Mart 2012 / 02:55 2284
-  A +

"Mançester Siti" klubunun hücumçusu Mario Balotelli ötən həftə ABŞ-la keçirilmiş yoldaşlıq görüşü üçün İtaliya yığmasına çağırılmamasından şikayətlənib.

Qol.Az-ın məlumatına görə, "La Gazzetta dello Sport"a danışan Balotelli İtaliya formasını digər komandalardan daha üstün tutduğunu bildirib:

"İtaliya millisinə çağırılmadığım üçün çox məyusam. Buna görə özümü pis hiss edirəm. Çünki mənim üçün İtaliya millisinin formasını geyinmək "Real" və "Barselona"da çıxış etməkdən daha üstündür.

Hər zaman qarşıdakı Avropa çempionatı haqda düşünürəm. Turnirdə İtaliya yığmasına kömək etmək istəyirəm. Düşünürəm ki, mən İtaliya millisinə çağırılmayacaq bir şey etməmişəm. İnanıram ki, baş məşqçi sonda məni də komandasına dəvət edəcək".

Qeyd edək ki, İtaliya millisinin baş məşqçisi Çezare Prandellinin Balotellini Avro-2012-yə aparmayacağı bildirilir.   

 


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı