İngiltərə kuboku: "Çelsi" növbəti mərhələdə

İngiltərə kuboku: "Çelsi" növbəti mərhələdə
XƏBƏR 7 Mart 2012 / 02:33 1836
-  A +

İngiltərə Federasiya Kubokunda (FA) V mərhələnin oyunlarına yekun vurulmaq üzrədir. Qol.Az-ın məlumatına görə, əslində bir qarşlaşmadan ibarət olan bu mərhələdə təkrar oyunlar keçirilir.

İlk oyun günündə "Birmingem" və "Çelsi" klubları üz-üzə gəlib. Londonda baş tutmuş görüş 0:0 hesabı ilə başa çatdığında ikinci oyuna ehtiyac yaranıb. Komandalar bu dəfə "Birmingem"in stadionunda münasibətlərinə aydınlıq gətirib. Səfərdə 2:0 hesabı ilə qalib "Çelsi" növbəti mərhələyə adlayıb.

Qeyd edək ki, bu axşam daha bir görüş keçiriləcək. "Tottenhem" və "Stevenage" klubları arasında baş tutan ilk görüşdə heç-heçə qeydə alındığından (0:0) komandalar yenidən qarşılaşacaq.

 

6 mart

İngiltərə Federasiya Kuboku V mərhələsində təkrar oyunlar

"Birmingem" - "Çelsi" - 0:2
Qollar:
Mata, 54 (0:1), Meyreleş, 60 (0:2)

 

7 mart
 
"Tottenhem" – "Stevenage"


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord