Ronaldonun sevgilisi gələcək qaynanası ilə yola getmir - (FOTO)

XƏBƏR 7 Mart 2012 / 01:25 2894
-  A +

Gözəl model İrina Şeyk və məşhur futbolçu Kriştiano Ronaldonun anası Dolores Aveyro arasından soyuq yellər əsib.

Qol.Az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, Ronaldonun çıxış etdiyi İspaniyanın "Real" (Madrid) klubunun “Espanyol”la oyunu zamanı onlar nümayişkaranə şəkildə bir-birindən aralı oturublar.

Baxmayaraq ki, onların hər ikisi sevimli futbolçularına azarkeşlik ediblər. İrina ilə Doloresi bir-birindən 7 oturacaq ayırıb. Şeyk Ronaldonun oğlu kiçik Kriştianonu əyləndirib və ona çox vaxt ayırıb. Uşaq isə gah nənəsi, gah da analığının dizləri üstündə növbə ilə oturub.
 
Aveyronu narazı salan isə nəvəsinin həm ona, həm də rus gözəlçəyə sevgisi olub. Bu səbəbdən, Ronaldonun anası əllərini sinəsində çarpazlayaraq qaşqabaqlı görkəmdə oturub. Futbolçunun özü isə iki sevimlisi arasındakı gərgin münasibətləri hələlik şərh etməyib.

Qeyd edək ki, İrina Şeyk və Kriştiano Ronaldodan ibarət beynəlmiləl cütlük 2010-cu ilin aprelindən görüşür. Onlar 2012-ci il Avropa çempionatından sonra evlənməyə hazırlaşırlar. Qitə çempionatında Ronaldo Portuqaliya yığmasının formasını geyinəcək.

 






Səhifənin yuxarısına keçidYuxarı


Son xəbərlər