Avropada oynayan türk futbolçuların reytinqi açıqlandı

Avropada oynayan türk futbolçuların reytinqi açıqlandı
XƏBƏR 6 Mart 2012 / 22:37 3425
-  A +

Avropanın öncül çempionatlarında oynayan futbolçuların təhlilini aparan “Castrol EDGE” təşkilatı “köhnə qitə”də top qovan türkiyəli oyunçuların reytinqini açıqlayıb.

Qol.Az-ın Türkiyə mətbuatına istinadın yaydığı xəbərə görə, qurumun ekspertləri hazırda xüsusən üç oyunçunun -  Ömer Toprak, Mehmet Topal və Arda Turanın öz klublarında yüksəlişdə olduğu qənatinə gəliblər.

Qeyd edək ki, “Castrol EDGE” son 12 ayda Avropanın beş ən öndə olan çempionatı - İngiltərə, İspaniya, İtaliya, Almaniya və Fransa çempionlarında oynayan 2000-dən artıq oyunçunun təhlilini aparıb.

Təhlilin nəticəsinə əsasən, Ömər Toprak türkiyəli futbolçular arasında ən çox səs toplayıb.

Qeyd edək ki, Türkiyə millisinin baş məşqçisi Abdullah Avcı siyahıda yer alan ilk on türk futbolçusundan doqquzunu bugünlərdə Slovakiyaya qarşı keçirilən yoxlama oyununa dəvət etmişdi.

Ümumilikdə, Avropada oynayan türk futbolçularının reytinqi belədir:

1. Ömər Toprak – (“Bayer 04”, Almaniya) / 560 xal
2. Mehmet Topal – (“Valensiya”, İspaniya) / 553
3. Arda Turan – (“Atletiko”, İspaniya) / 467
4. Mehmet Ekici – (“Verder”, Almaniya) / 402
5. Mövlud Erdinç – (“Renn”, Fransa) / 379
6. Umut Bulut – (“Tuluz”, Fransa) / 363
7. Olcay Sahan – (“Kayzerslautern”, Almaniya) / 323
8. Gökhan Töre – (“Hamburq”, Almaniya) / 310
9. Nuri Şahin – (“Real”, İspaniya) / 226
10 . Tunay Torun – (“Herta”, Almaniya) / 133   

Qeyd edək ki, ümumilikdə Avropada oynayan futbolçular arasında bu siyahıya “Barselona”nın hücumusu Lionel Messi başçılıq edir.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord