“Barselona” üçün yeni stadion tapıldı

XƏBƏR 6 Mart 2012 / 21:28 2154
-  A +

İspaniya Futbol Federasiya mayın 25-də "Barselona" və "Atletik" arasında ölkə kubokunun final oyununun keçiriləcəyi stadionu müəyyənləşdirib.

Qol.Az-ın məlumatına görə, qarşılaşma Madriddəki “Visente Kalderon” arenasında baş tutacaq.

Xatırladaq ki, öncə bu oyunun Madrid “Real”ına məxsus olan “Santyaqo Bernabeu”da keçirilməsi nəzərdə tutulurdu. Lakin “Real” kubokda mübarizəni dayandırdığından, finala isə əzəli və barışmaz rəqibi “Barselona” vəsiqə qazandığından müxtəlif bəhanələrlə həlledici oyunu qəbul etməkdən boyun qaçırıb.

İspaniya Futbol Federasiyasında keçirilən səsvermədən sonra “Barselona”yla “Atletik” arasındakı matçın “Visente Kalderon”da keçirilməsi qərara alınıb.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki